BAKI, 6 dek — Sputnik. 1239-cu ildə monqol Batı xanın qoşunları Rus dövlətinə növbəti hücuma keçdilər. Buna qədər monqollar rusların şimal-şərq ərazilərini ələ keçirmişdilər. Batı Cənubi Avropanı fəth etmək istəyirdi. İndi o rusların cənubi ərazilərini ələ keçirmək niyyətində idi.
İlk olaraq Pereslavl, daha sonra isə Çerniqov monqolların əlinə keçdi. 1240-cı ilin dekabrında Batı Kiyevə yaxınlaşdı. Xan bu gözəl şəhəri məhv etmək istəmirdi və şəhərlilərə təslim olmağı təklif etdi. Lakin kiyevlilər müqavimət göstərdilər. Kiyevin mühasirəsi uzun çəkdi.
Monqollar divar dağıdan silahlardan istifadə etməli oldular. Divarda yaranan dəliklərdən onlar 1240-cı il dekabrın 6-da şəhərə daxil oldular.