Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manatın ucuzlaşması ciddi problemlər meydana çıxarıb

Abunə olmaq
Elman Rüstəmov: "Milli valyutanın məzənnənin ucuzlaşması tədiyyə balansının problemlərini daha da ağırlaşdırır"

BAKI, 6 dek — Sputnik. "Bütövlükdə neft sektoru nəzərə alınmaqla, ölkənin xarici ticarət və xidmətlər balansı profisitlidir. Lakin, görülmüş monetar və fiskal tədbirlər tədiyyə balansında kəsiri tam aradan qaldırmayıb".

© Photo : UNECMərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub - Sputnik Azərbaycan
Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub

Sputnik xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı, Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, proqnozlara görə, 2016-cı ildə tədiyyə balansında 5 mlrd. dollar həcmində kəsir gözlənilir.

"Aparılan təhlillər göstərir ki, bu defisitin 80%-i bütövlükdə kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsirlə əlaqədardır. Yəni, bunlar fiksə edilmiş xarici öhdəliklərdir. Cari hesabın hələ də kəsirlə olması onunla bağlıdır ki, 2016-cı ildə neftin, təxminən 16% ucuzlaşması davam edib. Nəticədə cəmi ixracın həcminin 2015-ci illə müqayisədə, 2016-cı ilin sonuna 18% və ya 2,8 mlrd. dollar azalacağı gözlənilir", — Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, qeyri-neft ixracında da azalma müşahidə edilir: "Struktur amilləri təmizlənməklə bu azalmanın həcmi 20%-dir. Qeyri-neft idxalı isə hələ də qeyri-neft ixracını əhəmiyyətli üstələməkdə davam edir".

Mərkəzi Bank sədri vurğulayıb ki, bütövlükdə məzənnənin ucuzlaşması tədiyyə balansının problemlərini, yəni kapital hissəsinin problemlərini həll etmir: "Əksinə, belə ucuzlaşma tədiyyə balansının bu hissəsində olan borcları daha da ağırlaşdırır. Çünki, bu borclar xarici valyutada fiksə olunub və bu borcları ödəmək üçün əlavə xərclər tələb olunur. Əlavə xərclərin böyük hissəsi isə büdcədən maliyyələşdiyi üçün, büdcə və vergi sistemi üçün əlavə gərginliklər yaradır".

Xəbər lenti
0