Millət vəkili: Dünya ikiqütblülükdən heç nə qazanmayacaq

© Photo : REPORTAydın Mirzəzadə - millət vəkili
Aydın Mirzəzadə - millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Mirzəzadə hesab edir ki, əgər ikiqütblü sistem digər ölkələri bu iki qütb arasında seçim etmək məcburiyyətində qoyacaqsa, dünya bundan heç nə qazanmayacaq, əksinə itirəcək.

Millət vəkili: Son dövrlərdə Rusiyanın Suriya münaqişəsinə qarışması, bir sıra məsələlərdə özünü alternativ kimi ortaya qoyması, yenidən ikiqütblü dünyanın üzə çıxmasına səbəb olub.
Rusiya prezidentinin "təkqütblü dünya sistemi artıq çöküb" bəyanatını Sputnik-ə şərh edən, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, əgər ikiqütblü sistem digər ölkələri bu iki qütb arasında seçim etmək məcburiyyətində qoyacaqsa, dünya bundan heç nə qazanmayacaq, əksinə itirəcək:

"Dünya həmişə müxtəlif qütblərin rəqabəti, yarışması və əməkdaşlığına səhnə olub. Sovetlər İttifaqı dağılandan sonra, sözün əsl mənasında təkqütblü dünya yaranmışdı. Amerika dünyanın super gücü kimi ən çox öz baxışlarını önə çəkirdi. Dünyada gedən proseslərə təsirini göstərirdi".

"Son dövrlərdə Rusiyanın Suriya münaqişəsinə qarışması, bir sıra məsələlərdə özünü alternativ kimi ortaya qoyması, yenidən ikiqütblü dünyanın üzə çıxmasına səbəb olub. Bunun yaxşı və ya pis olmasını gələcək gedişat göstərəcək. Əlbəttə ki, müxtəlif baxışların yarışması, əməkdaşlığı çox arzuolunan bir şeydir. Amma bu, qarşıdurma səviyyəsinə çatacaqsa və digər ölkələri bu iki dövlət arasında seçim etmək məcburiyyətində qoyacaqsa, dünya ikiqütblülükdən heç nə qazanmayacaq", — millət vəkili bildirib.

Xəbər lenti
0