Ekspert: Nazirin açıqlaması nikbinlik yaratdı

© Sputnik / Murad OrujovRegional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz İsmayılov: Nazirin bəyanatı əksər insanlarda əmək haqları və təqaüdlərdə artım olacağı ümidini yaradıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı Çingiz İsmayılov
2017-ci il dövlət büdcəsindən sosialyönümlü xərclərə ötən illə müqayisədə 292 milyon manat artıq vəsait ayrılmasının nəzərdə tutulub. Bu barədə Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışı zamanı məlumat verib.

"Maliyyə naziri Samir Şərifovun "sosial təminat və sosial müdafiə sahələrinə bu il üçün daha artıq vəsaitlər nəzərdə tutulub" açıqlaması cəmiyyətdə müəyyən nikbinlik yaradıb. Nazirin bəyanatı əksər insanlarda əmək haqları və təqaüdlərdə artım olacağı ümidini yaradıb". Bu barədə isə Sputnik-ə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı Çingiz İsmayılov açıqlama verib. O deyib ki, sosial əhəmiyyətli layihələrə ayrılan vəsaitlər büdcədə nəzərdə tutulan məqsədlər əsasında sərf olunur.

"Əmək haqlarının, təqaüdlərin artırılması isə ayrı mənbələrdən idarə edilir. Büdcədə isə nəzərdə tutulur ki, konkret nə üçün vəsaitlər xərclənsin. Əgər ayrılan vəsaitlər maaşlar üçün nəzərdə tutulsa, nazir özü birbaşa bunu açıqlayardı. Yəni rəsmi necə bəyan olunubsa, elə də olacaq. Başqa cür ola bilməz", — deyə Ç. İsmayılov bildirib.

Xəbər lenti
0