"ASAN xidmət" sizə min manat təklif edir

© TRENDASAN xidmət
ASAN xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.

BAKI, 6 dek — Sputnik. "ASAN xidmət" yeni müsabiqə elan edir. Belə ki, "ASAN Wi-Fi" sisteminin təkmilləşdirilməsi ilə bağlı maraqlı bir ideya düşün, İdeya Bankına (www.ideyabanki.com; www.ideya.az) göndər və qalib ol.

Səyyar ASAN xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Səyyar ASAN yola çıxdı

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ideya üzrə tələblər belədir:

— Ziyarətçiləri wifi-dan istifadəyə cəlb etməlidir.
— Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.
— Şirkətləri məhz ASAN Wi-Fi vasitəsilə reklam yerləşdirməyə həvəsləndirməlidir.
— ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.

İdeyaların qəbulu mərhələsi 30 dekabr 2016-cı il tarixinə kimi davam edəcək. Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər. Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcək.

Diqqət: İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.

Qeyd edək ki, "ASAN Wi-Fi" sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılıb.

Xəbər lenti
0