"Kurtlar vadisi" fanatlarına şad xəbər

© TwitterKurtlar Vadisi Dərbə
Kurtlar Vadisi Dərbə - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Filmin hansı telekanalda yayımlanacağı dəqiqləşməyib

BAKI, 6 dek — Sputnik. Azərbaycanda da böyük maraqla izlənilən "Qurdlar Vadisi Pusu" serialı yanvar ayından etibarən ekranlara qayıda bilər.

Sputnik Türkiyə KİV-nə istinadən verir ki, məşhur serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib.
Ancaq filmin gələn ilin yanvarından yayımlanacağı gözlənilir.

Qeyd edək ki, "Panafilm"in çəkdiyi mafiyalardan və dövlətin təhlükəsizlik qüvvələrinin onlarla mübarizəsindən bəhs edən bu film 13 ildir ekranlardadır. Polad Ələmdar adı ilə məşhur olan baş rolun ifaçısı Nəcati Şaşmaz və onun qardaşı Raci Şaşmazın bir sıra ölkələrdə, eləcə də Azərbaycanda sevilən, bu ilin yayında sezon finalı nümayiş etdirilən filmi sentyabrda ekranlara qayıtmalı idi. Amma film indiyə qədər tamaşaçılarına qovuşmayıb. 

Xəbər lenti
0