Samirə Musayeva: Azərbaycanda ixrac yönümlü istehsalın stimullaşdırılmasına şərait yaradılıb
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva deyir ki, 25 oktyabr 2016-cı ildə Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017" hesabatını açıqlayıb: “Ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində "Xarici ticarətin aparılması", "Vergilərin ödənilməsi", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Əmlakın qeydiyyatı", "Kiçik investorların maraqlarının qorunması", "Müqavilələrin icrasının təmin edilməsi" indikatorları üzrə Azərbaycan öz mövqeyini daha da yaxşılaşdırmışdır. Həmçinin ölkəmiz "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib”.
“Vergi sahəsində aparılan islahatların davamı olaraq prezidentin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamı olmuşdur. Qanunvericilikdə edilmiş mövcud dəyişikliklər, habelə vergi sahəsində aparılan islahatlar sahibkarlıq sahəsində əlverişli vergi mühitinin yaradılmasına, İqtisadiyyata investisiya qoyuluşunun artırılmasına və ixrac yönümlü istehsalın stimullaşdırılmasına şərait yaratmışdır”, — deyə o bildirib.