İstanbulda rəsmi cinçıxarma mərkəzi açıldı

© Photo : STRCınçıxartma əməliyyatı, arxiv şəkli
Cınçıxartma əməliyyatı, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Cin xəstəxanası" olaraq da bilinən mərkəzdə, islami müalicə üsulları ilə cadu pozulur və cin çıxardılır

İstanbulda xidmət göstərməyə başlayan "Mənəvi Şifa Mərkəzi" bir ilkə imza atıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, "Cin xəstəxanası" olaraq da bilinən mərkəzdə, islami müalicə üsulları ilə "Qurani-Kərim" oxunaraq cadu pozulur və cin çıxardılır.

Mərkəz beş mərtəbəli binası və üzərindəki metafizik, bioenerji, hacamat, zəli müalicə, ruhi müalicə yazıları ilə diqqət çəkir. Burada çalışanlar mərkəzin Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş olduğunu iddia edirlər. Ancaq İstanbulun Səhiyyə İdarəsindən, belə bir xəstəxananın fəaliyyət göstərib-göstərmədiyindən xəbərsiz olduqlarını deyiblər.

Mərkəzdə ilkin müayinənin qiyməti 100 lirə (50 manat), telefonda fala baxmaq 200 lirə (100 manat) və çətinlik varsa, seans ödənişi 400 lirədir (200 manat).

Xəbər lenti
0