BAKI, 5 dek — Sputnik. Ötən bazar günü Qaradağ rayonunda toy facilə ilə bitib. Bu barədə Sputnik-ə Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Hazırda əməliyyatçılar, 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlunu qətlə yetirməkdə şübhəli bilinən Nemətov Vüsal Ağa oğlunu axtarırlar. Mərhum Qobustan qəsəbəsində eyniadlı şadlıq evində keçirilən toyda öldürülüb.
Fəxri Kərimov ona bıçağı yuxu arteriyasından vurub. Polislərin ehtimalına görə, Nemətov ölkədədir. Çünki sərhəd postlarına verilən göstəriş əsasında o, ölkədən çıxmaq istərkən həbs edilməli idi. İkincisi isə, onun xarici pasportu yoxdur.
Araşdırma zamanı məlum olub ki, Nemətov qəssab işləyib. Hadisə baş verən anda bir-birinə uzaq qohum düşən, mübahisə edənlər sərxoş vəziyyətdə olublar. Bəzi məlumatlara əsasən, onlar iki il əvvəlki mübahisəni davam etdiriblər.
Qətl faktı üzrə cinayət işi açılıb, istintaqı rayon prokurorluğu aparır.