BAKI, 5 dek — Sputnik. ƏSA Teatrı 3 dekabr dünya əlillər günü ilə bağlı sosial mövzulu video-çarx hazırlayıb. Video-çarxda işarət dili vasitəsi ilə əlilliyin çətinliklərindən bəhs edilib və əlilliyi olan insanlara dəstək mesajları verilib.
Qeyd edək ki, ƏSA Teatrının dəstək video-rolikində teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə və baş menecer Nicat Qulam iştirak edib.