Özbəkistanda prezident seçkiləri baş tutub

© Sputnik / Дмитрий Виноградов / Mediabanka keçidИзбирательный участок №700, расположенный в здании Республиканского интернационального культурного центра в Ташкенте
Избирательный участок №700, расположенный в здании Республиканского интернационального культурного центра в Ташкенте - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisindəki bütün səsvermə məntəqələri yerli vaxtla səhər saat 06:00-dan axşam saat 20:00-a (Bakı vaxtı ilə 19.00) kimi seçicilərin üzünə açıq olacaq.

BAKI, 4 dek — Sputnik. Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

Ölkə ərazisindəki bütün səsvermə məntəqələri yerli vaxtla səhər saat 06:00-dan axşam saat 20:00-a (Bakı vaxtı ilə 19.00) kimi seçicilərin üzünə açıq olacaq.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq seçilərin 35%-dən çoxu səs verib. Bu isə o deməkdir ki, prezident seçkiləri baş tutub.

Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin hər iki palatası tərəfindən Şevket Mirziyoyevə tapşırılıb.

Şevket Mirziyoyevun namizədliyi Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb. 

Özbəkistanın 4 siyasi partiyasının prezidentliyə iddialılarının namizədliyi rəsmi qeydiyyata alınıb. 

Xəbər lenti
0