BAKI, 4 dek — Sputnik. İspaniyanın Andalusiya muxtar birliyində yağan güclü yağış və baş verən daşqın nəticəsində 1 nəfər ölüb.
RİA Novosti-nin verdiyi xəbərə görə, Malaqa şəhərində 26 yaşlı qadın suda boğularaq ölüb.
Məlumata görə, regionun bir çox yaşayış məntəqələri şiddətli yağış nəticəsində su altında qalıb. Təbii fəlakət zonasına polis, xilasedicilər, təcili yardım briqadaları cəlb edilib.