BAKI, 4 dek — Sputnik. ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadacaqsa, rəsmi Tehran nüvə sazişi üzrə öhdəliklərindən imtina edəcək.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
“Əgər onlar (ABŞ) sanksiyalara qayıdacaqsa, biz razılaşmaya riayət etməyəcəyik”, — deyə Zərif qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.
ABŞ-da 1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.