Dördüncü xeyriyyə yarmarkası olan "Soyuq əllər, isti ürək" Bakının mərkzində — Fəvvarələr meydanında Amapola Exclusive Events-in təşkilatı dəstəyi ilə Nargis Fundun rəhbərliyi altında açılıb.
Ənənəyə görə, yarmarkada toplanan vəsait xeyriyyə məqsədlərinə sərf olunacaq. Təşkilatçıların sözlərinə görə, əsas qonaqlar uşaq evlərinin tərbiyəçiləri olacaq. Yarmarkada məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və yarmarkanın sponsorlarının hədiyyələri gözlənilir.
Yarmarka 15 yanvar 2017-ci ilə qədər açıq olacaq.
Hələlik isə, qarşıdan gələn Yeni iliniz mübarək, dostlar!