“Dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikili və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilmiş, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilmiş və onların səhmləri özəlləşdirilmişdir”, — deyə Rafiq Cəlilov bildirib.
Onun sözlərinə görə, özəlləşdirilmə prosesində 250 mindən çox adam səhm sahibi olmuş, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. Ümumilikdə, 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada faydalanmışdır. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdikləri təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard ABŞ dolları məbləğində investisiyalar yatırılmış, istehsalın həcmi isə 1,5 milyard manat artmışdır. O həmçinin qeyd edib ki, Azərbaycanda mövcud olan mümbit biznes mühiti ölkənin ÜDM-ində özəl sektorun payını 84 faizə çatdırmışdır.