BAKI, 3 dek – Sputnik. "Hamburqdakı görüşlə bağlı dünən Anjey Kaspşiklə danışdım, Ermənistandan isə hələ də bir xəbər yoxdur". Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov paytaxt Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfi xarici işlər naziri səviyyəsində görüşə hazırdır. "Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur", — Elmar Məmmədyarov əlavə edib.