BAKI, 3 dek – Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Bakıda səfərdədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarının görüşü artıq başlayıb.
Sputnik-in xəbərinə görə, nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, regional məsələləri, nəqliyyat və iqtisadiyyat sahəsində layihələri müzakirə ediblər.
Nazirlərin geniş tərkibli görüşündən sonra jurnalistlərə birgə açıqlama verməsi gözlənilir.