BAKI, 3 dek-Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Cami Emin Əzizağa oğlu məhv edilib.
O, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub. Bu ilin əvvəlində Emin Cami azadlığa çıxıb.
Sputnik DTX-nın saytına istinadla xəbər verir ki, bununla əlaqədar, bu gün Bakı şəhərinin "Binə" ticarət mərkəzi yaxınlığında Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.