ELM

UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib

© Photo : UNECUNEC-in rektoru, professor Ədalət Muradov və UİC-in prorektoru Robert Bariş
UNEC-in rektoru, professor Ədalət Muradov və UİC-in prorektoru Robert Bariş - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır

BAKI, 2 dek — Sputnik. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, rektor, professor Ədalət Muradovla UİC-in prorektoru Robert Bariş və həmin universitetin professoru Konstantin Slavin arasında keçirilən görüşdə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin təşkili, elmi məqalələrin yazılması, eyni zamanda video konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib.

Sonda UNEC-in nümayəndə heyəti İllinoys Universitetinə dəvət edilib. Görüşün əsas məqsədi UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. "Times Higher Education World University Rankings"in son hesabatına görə, Çikaqo ştatında yerləşən UİC dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.

Xəbər lenti
0