Türkiyə bu işin axırına çıxacağını bəyan etdi

© Photo : gazeteciler.comTürkiyə baş nazirinin müavini Numan Kurtulmuş
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş - Sputnik Azərbaycan
Abunə olmaq
Numan Kurtulmuş: "Həmin ərəfədə hansı təyyarələrin, hansı hava vasitələrinin o zonada olduğu barədə əlimizdə dəlillər"

BAKI, 2 dek — Sputnik. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş "Fərat qalxanı" əməliyyatı çərçivəsində, Suriyanın Əl Bab şəhərində olan türk əsgərlərinə qarşı, 24 noyabrda həyata keçirilən və 4 əsgərin şəhid olmasına səbəb olan hava hücumunun sona qədər araşdırılacağını söyləyib. Sputnik Haberler-ə istinadən xəbər verir ki, nazir, bu barədə dövlət televiziyasına müsahibəsi zamanı deyib.

Həmin ərəfədə hansı təyyarələrin, hansı hava vasitələrinin o zonada olduğu barədə əlimizdə dəlillər, qeydlər var. Dövlətimiz bu hücuma aydınlıq gətirilməsi üçün araşdırmalarını davam etdirir. Türk əsgərlərinə qarşı çirkin əməliyyatı həyata keçirənlər ortaya çıxacaqdır.

Xəbər lenti
0