Büdcə müzakirələri başa çatdı

Abunə olmaq
Yeni büdcə layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

BAKI, 2 dek — Sputnik. 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib. Sputnik xəbər verir ki, bu gün parlamentin daha 5 komitəsinin — Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında büdcə müzakirələri aparılıb.

Bununla da müzakirələr başa çatıb. Büdcə zərfinə daxil olan layihələrin dekabrın 6-7-8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

Xəbər lenti
0