ELM

"Müəllim və həkimlərin maaşları artırılsın!"

© Sputnik / Murad OrujovВрачи Физулинского диагностического центра за работой
Врачи Физулинского диагностического центра за работой - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Pensiyaları da, ən azı iki dəfə artırmaq lazımdır"

BAKI, 2 dek — Sputnik. "QHT-lərin xaricdən qrant alması sadələşdirilməli, bütün məhdudiyyətlər aradan qaldırılmalıdır". 

© Photo : APAQüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Qüdrət Həsənquliyev

Sputnik xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev, parlamentdə büdcə müzakirələri zamanı deyib. O bildirib ki, bu, həm ölkənin siyasi imicini yüksəldər, həm də o sektorda çalışan xeyli insan xaricdən alınan qrantlar hesabına normal həyatını qura bilər.

Q. Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını da təklif edib: "Pensiyaları da, ən azı iki dəfə artırmaq lazımdır".

Millət vəkili onu da bildirib ki, "Azərsu", "Azəriqaz", "Azərişıq" və "Azəristiliktəchizat"ın özəlləşdirilməsinin zamanı çoxdan çatıb: "Orada xərclər həddindən artıq yuxarıdır".

Xəbər lenti
0