CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dollar böhranı"ndan xilas resepti

© Sputnik / Murad OrujovDollarla kredit
Dollarla kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Yol xəritəsinin reallaşması üçün Azərbaycanda Dövlət İnkişaf Bankı yaratmaq lazımdır

BAKI, 2 dek — Sputnik. "Əhalinin dollarla olan kreditlərinin manata çevrilməsi heç bir problem yaratmır. Bunun üçün Azərbaycanda kifayət qədər qızıl və valyuta ehtiyatları var".

© Photo : UNECUNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov
UNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov - Sputnik Azərbaycan
UNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov

Bunu Sputnik-ə açıqlamasında iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov deyib. "Postsovet ölkələrində milli valyutaların devalvasiyaya uğraması iqtisadiyyatın dollarlaşması prosesini sürətləndirib", — ekspert bildirib.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyət dollarlaşma ilə bağlı konkret addımlar atmaq üçün maliyyə imkanları axtarır: "Orada hökumət Gürcüstan Milli Bankı ilə birlikdə "lariləşdirmə planı" adlandırılan plan üzərində işləyir. Baş nazir Georgi Kvirikaşvili qeyd edib ki, 2015-ci ilin yanvar ayına qədər kreditlərini ABŞ dolları ilə götürən vətəndaşlar onları lari ilə ödəyə biləcəklər".

"Əgər banklar müraciətlə çıxış etsə, fiziki şəxslər dollar kreditlərini milli valyuta ilə ödəmək məsələsində çətinlik çəkməyəcəklər. Bunun üçün belə bir təklifi hazırlamalı olan Azərbaycanın Bank Assosiasiyası var", — Məmmədov vurğulayıb.

"Azərbaycanda kifayət qədər orqanlar var ki, onlar bu istiqamətdə işləməli və təkliflər hazırlamalıdır. Amma hökumətə bu istiqamətdə təklif daxil olmayıb" — o, əlavə edib.

İqtisad elmləri doktorunun dediyinə görə, Gürcüstanda müxtəlif orqanlar daimi olaraq hökumətə təkliflər ünvanlayır: "Rusiyada isə deputat fraksiyaları layihələr üzərində işləyir. Mən başa düşmürəm, niyə bizdə bu, baş vermir? Bir çoxları danışır, amma yazılı heç nə ortaya qoymurlar. Niyə deputatlar heç nə hazırlamırlar? Danışmaq asandır, amma etmək başqa məsələdir".

UNEC professorunun fikrincə, vəziyyətdən çıxmaq üçün təcili iqtisadiyyatın de-dollarlaşması proqramını hazırlayaraq həyata keçirmək lazımdır: "Azərbaycan bazarında və ölkənin makroiqtisadiyyatında xarici valyutanın hökmranlığına son qoyulmalıdır. Əmanətlərin 80%-dən çoxu dollar depozitləridir, xarici mallar və daşınmaz əmlak dollarla alınıb-satılır. Bu, xoşagəlməz göstəricidir. Bu, çox zərərlidir. Manat ölkə iqtisadiyyatında dominant olmalıdır".

ABŞ dolları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dollar kreditləri ilə bağlı təkliflər paketi açıqlandı

"İqtisadiyyat sahəsində vəziyyətin yaxşılaşdırılması üçün iqtisadiyyatın prioritet sahələrini maliyyələşdirəcək güclü dövlət bankının yaradılmasına ehtiyac var. İqtisadiyyatın yol xəritəsi qəbul olunub. Bu xəritəyə güclü dövlət bankı lazımdır. Mən yol xəritəsi əsasında ölkə iqtisadiyyatını inkişaf etdirəcək Azərbaycan İnkişaf Bankının yaradılmasını təklif edirəm", — deyə Məmmədov əlavə edib.

Sputnik, Azərbaycan Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına, ölkə iqtisadiyyatının dollarlaşması ilə mübarizəyə dair, Mərkəzi Bank və Palata tərəfindən hansı tədbirlərin görüldüyü ilə bağlı sorğu göndərib. Onların sorğuya verdiyi cavabları saytımız vasitəsilə yayacağıq.

Xəbər lenti
0