BAKI, 2 dek — Sputnik. Türkiyədə, Anadolu coğrafiyasının ən böyük heyvan bazarının yerləşdiyi Aksarayda, iri fermerlər Avropa və Amerikanın ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaya cavab olaraq dollar və avroları ayaqları ilə tapdalayıb, sonra yandırıblar.
Aksaray Ticarət Bürosunun sədri Həmid Özkökin liderliyində bir araya gələn fermerlər, iri plakatlar açaraq "bizim bazarda dollar və avroya yer yoxdur" şüarı səsləndiriblər. Sputnik Hürriyet-ə istinadən həmin video-görüntünü təqdim edir: