Davud Rəhimli: Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti yaxşı deyil

© Sputnik / Murad OrujovДавуд Рагимли, заместитель председателя Общественного совета при Министерстве труда и социальной защиты населения АР
Давуд Рагимли, заместитель председателя Общественного совета при Министерстве труда и социальной защиты населения АР - Sputnik Azərbaycan
Abunə olmaq
Əlil Təşkilatları İttifaqının Prezidenti: Qanunlar və onların icrası arasında böyük bir uçurum var

Davud Rəhimli: Bu problem inkişaf etmiş ölkələrdə də həll olunmur
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli deyir ki, MDB ölkələrində əlilliyi olan insanların vəziyyəti demək olar ki eynidir: “Bu məsələyə kompeks şəklində yanaşmaq lazımdır. Biz deyə bilmərik ki, Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti yaxşıdır. Biz bunu o zaman deyə bilərik ki, ölkədəki əlilliyi olan şəxslər hamı kimi evdən çıxıb təhsil alsınlar və işləyərək öz ehtiyaclarını ödəyə bilsinlər. Təəssüf ki, biz buna nail olmamışıq”.

“2006-cı ildə BMT tərəfindən konvensiya qəbul olunandan sonra müsbət dəyişiklər oldu. Bu dəyişiklər xüsusilə qanunvericilik sahəsində bilinir. Biz sıra qanunlar dəyişildi, onlara əlavələr edildi, yeni qanunlar qəbul olundu. Lakin qanunlar və onların icrası arasında böyük bir uçurum var. Onların icrası geri qalır. Bu böyük və kompleks bir işdir. İnkişaf etmiş ölkələrdə belə bu problemi tam həll etmək mümkün deyil”, — deyə o bildirib.

Xəbər lenti
0