BAKI, 2 dek — Sputnik. Bu gün günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin idərəetmə lövhəsi qismən yanıb və 1 ədəd təhlükəsizlik yastığı əriyib. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.