Politoloq: Ankara ABŞ-dan təhlükə gözləyir

© © Личный архив А.ПеренджиеваАлександр Перенджиев, доцент кафедры политологии и социологии РЭУ имени Плеханова
Александр Перенджиев, доцент кафедры политологии и социологии РЭУ имени Плеханова - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Perenciyev: Türkiyə qeyri-NATO siyasətini keçirməyə başlayıb

Aleksandr Perenciyev: Türkiyə rəhbərliyi yeni dövlət çevrilişi cəhdlərindən qorunur
Keçən həftə Türkiyənin orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar apardığı məlum olmuşdu. Məsələyə münasibət bildirən rusiyalı politoloq Aleksandr Perenciyev deyir ki, Türkiyə NATO-nun üzvü olaraq hərbi-texniki əməkdaşlıq sahəsində qeyri-NATO siyasətini keçirməyə başlayıb: “Türkiyə NATO ölkələri və xüsusilə ABŞ-la silah alışı məsələsində əməkdaşlıq etmək istəmir, çünki o, hərbi-texniki dəstək baxımından da bu ölkələrdən asılı olmaq istəmir. Axı silahı tək almaq kifayət etmir, sonra ona qulluq da etmək lazımdır”.

“Türkiyənin hərbi-siyasi rəhbərliyi yeni dövlət çevrilişi cəhdlərindən qorunur və təbii ki, bu təhlükəni məhz ABŞ tərəfindən gözləyir. Buna görə də Türkiyə hərbi-texniki əməkdaşlığın istiqamətinin Rusiya tərəfə dəyişdirilməsinə öz milli təhlükəsizliyinin əsas məsələlərindən biri kimi baxır”, — deyə o bildirib.

Xəbər lenti
0