CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milyon yarım azərbaycanlı muzdla çalışacaq

© Sputnik / Farid BabayevSöküntünü həyata keçirən fəhlələr
Söküntünü həyata keçirən fəhlələr - Sputnik Azərbaycan
Abunə olmaq
Səlim Müslümov: "Gələn il hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq"

BAKI, 1 dek — Sputnik. "Hazırda Azərbaycanda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinət, 162 min ailənin 7 min 700 üzvü isə ünvanlı sosial yardımı alır. Bu insanların aldıqları vəsaitin həcmi Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri vasitəsilə hər ay təqribən 316 milyon manat təşkil edir".

© Photo : REPORTСалим Муслимов, министр труда и соцзащиты населения Азербайджана
Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана - Sputnik Azərbaycan
Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана

Sputnik xəbər verir ki, bunu, parlamentdə Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclasında, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, 2016-cı ilin 10 ayı ərzində DSMF-in büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200 mln. manat artaraq 2 mlrd. 631 mln. manata çatıb.

"Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% və ya 81 milyon manat artaraq 1 milyard 534 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,2%-ni və ya 985 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% və ya 42,3 milyon manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 98,2%-ni təşkil edən pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşməsinə imkan verib", — nazir əlavə edib.

S. Müslümovun sözlərinə görə, Azərbaycan əhalisinin sayının 2017-ci ilin sonuna 9,822 mln. nəfərə çatacağı gözlənilir: "Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşadək olanların bütün əhalinin 22,5%-ni, 15-64 yaşda olanların əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı olanların əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir".

O bildirib ki, əmək qabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır: "2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq".

"2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında, əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur", — nazir vurğulayıb.

Xəbər lenti
0