BAKI, 1 dek — Sputnik. Kolumbiyada hökumətlə İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında, yarım əsr davam edən savaşdan sonra sülh müqaviləsi imzalanıb. Sputnik TRT-yə istinadən xəbər verir ki, ikinci razılaşma bu dəfə xalq səsverməsinə yox, Senata təqdim olunub.
Tərəflər arasında iki ay əvvəl Kubanın paytaxtı Havanada imzalanan birinci sülh müqaviləsi referendumda qəbul edilməmişdi. Təkrar müzakirələrdən sonra yenidən işlənmiş sülh müqaviləsi Senatda səs birliyi ilə qəbul olunub.
Qeyd edək ki, hökumətlə FARC arasında yarım əsrdir davam edən vətəndaş müharibəsində 250 minə yaxın insan həyatını itirib.