BAKI, 1 dek – Sputnik. ”Avropada 5 milyon insanımız yaşayır. Onlar öz gələcəklərini bu qitədə qurublar. Bizi buradan xaric etməyə nə Avropa İttifaqının, nə də irqçiliyin tələsinə düşənlərin gücü çatar”. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kənd muxtarları ilə görüşü zamanı deyib.
O bildirib ki, əgər Türkiyəyə qarşı sərt mövqe bir kənara qoyulsa, ölkəsi Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırdır.
Ərdoğan həmçinin əlavə edib ki, PKK terror təşkilatı artıq yox olmaq üzərədir: “Əsgərimiz, polisimiz indiyədək girmədiyi yerlərə cəsurca girir və terrorçuları məhv edir. Şəhidlərimiz olur, ancaq terrorçular da elədiklərinin qarşılığını ən ağır şəkildə ödəyirlər. Hədəfimiz onların kökünü qazımaqdır”.