Deputatlarımız Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər

Abunə olmaq
Onlar ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər

BAKI, 1 dek — Sputnik. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün dekabrın 1-də Daşkəndə səfər edəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesində iştirak edəcək. Deputatlarımız ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.

Xəbər lenti
0