BAKI, 1 dek – Sputnik. Yeni serial layihəsinin çəkilişləri başlamadan öncə keçən həftə tətil üçün Livanın paytaxtı Beyruta gedən türkiyəli aktyor Barış Kılıç, gözləmədiyi pərəstişkar diqqəti ilə üzləşib.
Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, aktyor şəhərdə gəzərkən ərəb pərəstişkarları tərəfindən böyük bir maraqla qarşılanıb.
Ərəb dünyasında böyük bir heyran kütləsinə sahib olan Barış Kılıç, pərəstişkarları ilə bol-bol şəkillər çəkdirib.
Qeyd edək ki, aktyor B.Kılıç “Güllerin Savaşı” və “Adını Feriha Koydum” seriallarında çəkilib.