BAKI, 30 noy — Sputnik. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə "Azeri Light" markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Sputnik-ə verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb.
Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən¬bə¬lə-rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.
Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib. "Azeri Light" markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:
İl |
min |
orta |
max |
2016 |
34 |
49.5 |
57 |
2017 |
48 |
65 |
81 |
2018 |
67 |
80,3 |
94 |
2019 |
62 |
76 |
79 |