Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Süni insan dərisi yaradıldı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidLaboratoriyada eksperement, arxiv şəkli
Laboratoriyada eksperement, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxında ondan dəri transplantasiyalarında, estetik cərrahiyyədə də istifadə etmək mümkün olacaq

BAKI, 30 noy — Sputnik. Novosibirskdən olan alimlər süni insan dərisi yaratmağa nail olublar. Bunun üçün onlara cəmi 2 həftə vaxt tələb olunub.

Nəmləndirici badam maskası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu üsulla dərinizi həmişə sağlam saxlayın

Qeyd edək ki, süni insan dərisi dərman preparatlarının, kimyəvi maddələrin və kosmetikanın sınağı zamanı istifadə olunacaq. Daha əvvəl bu cür eksperimentlər təcrübə dovşanları üzərində aparılırdı.

Yeni texnologiyanın tətbiqi il ərzində eksperimentlərdə istifadə olunan milyonlarla heyvanın həyatını xilas etməyə kömək edəcək. Eyni zamanda, bu yeni dəri heyvanların dərilərinə nisbətdə insan dərisinin göstəricilərinə tamamilə uyğun gəlir.

Alimlər qeyd ediblər ki, bu cür dərini təkmilləşdirərək, yaxında ondan dəri transplantasiyalarında, estetik cərrahiyyədə də istifadə etmək mümkün olacaq.

Bu texnologiyanın işlənib-hazırlanması üçün Rusiyanın Elm və Təhsil Nazirliyi 33 milyon rubl (877 800 manat) dəyərində qrant ayırıb. Hazırda bir eksperimental nümunənin qiyməti 1 min rubl təşkil edir.

Xəbər lenti
0