BAKI, 19 sen — Sputnik. Yayda günəş şüalarının üz dərisinə təsiri payızda daha çox büruzə verir. Dəri təbii görünüşünü itirir. Bunun üçün dərini yeniləyəcək maskalardan istifadə etmək lazımdır.
Sputnik qaynarinfo-ya istinadən bildirir ki, üz dərisini yeniləyəcək, təravətləndirəcək maskalar təqdim edir:
1 xörək qaşığı bala 2 ədəd əzilmiş badam qatın. Daha sonra 1 çay qaşığı limon şirəsi tökün, qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
1 kasa qatığa 1 çay qaşığı razyana toxumu və bitkisinin əzilmiş yarpaqlarını töküb qarışdırın. Üzə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyun. Hər gün bu maskadan istifadə etsəniz, dəriniz cavanlaşacaq.