CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyasi partiya və QHT-lərə 6 milyon manat ayrılacaq

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov: "Bu il görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir"

BAKI, 30 noy — Sputnik. Cari ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 58,8 mlrd. manat səviyyəsində gözlənilir. Sputnik xəbər verir ki, bu gün, 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin Milli Məclisdə komitələrin birgə müzakirəsində maliyyə naziri Samir Şərifov belə deyib.

Milli Məclis - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarıldı

"Bu da ölkədə 2,8% resessiya olacağından xəbər verir. Bu il görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir", — nazir bildirib.

S. Şərifov qeyd edib ki, gələn ilin dövlət büdcəsində QHT-lərə 3,5 milyon manat, siyasi partiyalara 2,5 milyon manat vəsait ayrılacaq.

Müzakirələrdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyyatlar, energetika və ekologiya, aqrar siyasət, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, ictimai birliklər və dini qurumlar komitələri iştirak edir.

Xəbər lenti
0