BAKI, 30 noy — Sputnik. "İşıq və qazın qiymətinin qalxması gəlirlərin artması üçün perspektivli yol deyil. Azərbaycan nə vaxt bundan əl çəkib qazanclı yola keçəcək?".
Sputnik xəbər verir ki, bunu millət vəkili Əli Məsimli, parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, elektrik enerjisi və qazın qiymətinin qalxması ilə ikiqat qiymətin artmasına təzyiq başlayacaq.
"Sosial müdafiə sisteminə ayrılan vəsait artırılmalıdır. Aşağı maaş alan vətəndaşların maaşlarının artırlması istiqamətində tədbirlər də sosial tədbirlərə əlvə olunmalıdır", — deputat vurğulayıb.
Ə. Məsimli qeyd edib ki, Azərbaycanın maliyyə sahəsində böhran vəziyyətinin yumşaldılmasının yolu, bilavasitə problemli kreditlərin həllindən keçir: "İndiyədək bu məsələ həll olunmayıb. Biz bununla bağlı təkliflər də irəli sürmüşdük".