BAKI, 30 noy — Sputnik. "Həyat yoldaşım Mişel heç vaxt prezidentliyə namizəd olmayacaq, ola da bilməz. Çünki o, çox həssas insandır".
Sputnik MSN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət başçısı Barak Obama "Rolling Stone" jurnalına müsahibəsi zamanı deyib. Obama xanımının çox istedadlı olduğunu, amerikalıların onun fikrinə qulaq asacağını, amma eyni zamanda, çox həssas olduğundan siyasətçi ola bilməyəcəyini söyləyib.