Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kişi özünü qatarın altına atıb

© Sputnik / Murad OrujovBakı metrosu
Bakı metrosu - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb.

BAKI, 30 noy — Sputnik. Bu gün saat 09:20-də bir kişi özünü, Bakı Metropoliteninin "İçərişəhər" — "Həzi Aslanov" istiqamətində, 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Bu haqda Sputnik-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, intihara cəhd edən şəxs, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

N. Paşayevin sözlərinə görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Qatar dərhal dayandırılıb, xətdən gərginlik götürülüb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb".

"Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır", — QSC sözçüsü bildirib.

Xəbər lenti
0