BAKI, 30 noy — Sputnik. Ötən gecə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanmış və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə əriyib. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.