BAKI, 30 noy – Sputnik. İsrailin Türkiyəyə təyin edilən yeni səfiri Eitan Naeh sabah Ankaraya gedərək vəzifəsinin icrasına başlayacaq.
Sputnik Yenişafak qəzetinə istinadən xəbər verir ki, o gələn həftə etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcək.
Beləliklə, Eitan Naeh 2010-cu ildəki “Mavi Mərmərə” hadisəsindən sonra İsrailin Türkiyədəki ilk səfiri olacaq.
Eytan Naeh 2000-ci illərin əvvəllərində İsrailin Azərbaycanda səfiri olub.