Şevtsov: Aİ ilə Türkiyənin yolları ayrılır

© Photo : Институт политических решений (Казахстан)Политический эксперт Юрий Шевцов
Политический эксперт Юрий Шевцов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Avropa İttifaqının özündə də Türkiyə ilə Avropanın dərin əlaqələrinə qarşı çıxış edənlər var

Şevtsov: Ərdoğan Avropa İttifaqına bir ay vaxt verdi
Avropaya inteqrasiya problemləri Mərkəzinin direktoru (Minsk), politoloq Yuri Şevtsov deyir ki, Türkiyənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqların dayandırılması ehtimalı çox yüksəkdir: “Ərdoğan bir neçə gün əvvəl bildirib ki, Türkiyənin üzvlüyü məsələsini dəqiqləşdirmək üçün Aİ-na 2017-ci ilin əvvəlinə qədər vaxt verir. Aİ qərara gəlməzsə, Ərdoğan Türkiyədə strateji məqsəd olan Avropa kursunun saxlanılması barədə referendum keçirəcəyi ilə hədələyib”.

“Digər tərəfdən, Avropa İttifaqının özündə də Türkiyə ilə Avropanın dərin əlaqələrinə qarşı çıxış edənlər var. Avropa anlayır ki, Türkiyə ilə bağlı qərar qəbul etmək və onu Aİ-na daxil etmək öz ərazisinə digər mədəniyyətdən olan böyük bir kütləni buraxmaq deməkdir. Hazırki vəziyyətdə isə bu mümkün deyil. Bu səbəbdən, onların uzaqlaşma ehtimalı çox yüksəkdir”, — deyə o bildirib.

Xəbər lenti
0