CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəyin qiymətinin qaldırılmasına hazırlıq gedir

© Sputnik / Murad OrujovÇörək bişirmə sexi
Çörək bişirmə sexi - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii qazın qiymətinin bahalaşması, çörək istehsal edən müəssisələri çıxılmaz vəziyyətə salıb

BAKI, 29 noy — Sputnik. Elektrik enerjisinin və təbii qazın istehlak həcminə görə qiymətində artım edilməsi ölkədə bir nömrəli gündəm mövzusuna çevrilib. Qeyd edək ki, hökumətin dünən açıqladığı yeni tariflərə əsasən, təbii qazın pərakəndə satış tarifi, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Пересчитывание денег - Sputnik Azərbaycan
İşıq və qazın qiyməti qaldırıldı

Yəni, illik 1500 kubmetrdən çox işlənən hər kubmetr qaza görə əlavə 10 qəpik ödənilməli olacaq. Bu isə o deməkdir ki, qazın qiymətində edilən dəyişiklik daha çox çörək zavodlarının, restoran və kafelərin işini çətinləşdirəcək. Çünki, məhz bu tip iaşə obyektlərində qazdan daha çox istifadə edilir.

Hökumətin yeni tariflər müəyyən etməsindən sonra bütün diqqətlər çörək zavodlarına yönəlib. İnsanlar əsas qida növü olan çörəyin bahalaşma ehtimalından olduqca narahatdırlar.

Sputnik əməkdaşı, çörəyin qiymətində artım olub-olmayacağı sualına cavab tapmaq məqsədilə paytaxtda fəaliyyət göstərən bir sıra çörək bişirmə sexlərinə baş çəkib. Bu günə olan məlumata görə, çörəyin qiymətində hansısa dəyişiklik yoxdur. Bununla belə, bəzi sex sahibləri, işlər yolunda getməsə, çörəyin qiymətini 10 qəpiyədək qaldıracaqlarını deyiblər.

"Hələ ki, qiymətlərə toxunmamışıq. Çünki qərar dünən verilib. Amma gəlirimiz çəkdiyimiz xərclə müqayisədə istədiyimiz kimi olmasa, böyük ehtimalla 10 qəpiyə qədər qiymət artımı ediləcək", — Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi 571 ünvanında yerləşən çörək sexinin sahibi Ramiz Nağıyev bildirdi.

Ayna Sultanova 54 ünvanda fəaliyyət göstərən çörək sexində də hələlik qiymət artımı edilməyib. Sexi icarəyə götürdüyünü deyən Fərid Əhmədov, qiymət artımına belə münasibət bildirib: "İlin-günün bu vaxtında hər şeyi bahalaşdırmağın məntiqini anlaya bilmirəm. Əhalinin güzəranı göz qabağındadır, maaşlar desən, bəllidir… Bütün bunları görən aidiyyəti qurumlar hansı düşüncə ilə belə qərar verir? Çox narahatam, çox".

F. Əhmədov, bununla belə, öz arzuları ilə qiymət artımı edə bilmədiklərini qeyd edib: "Çörəyin qiymətinə Tarif Şurası ciddi nəzarət edir. Heç bir "pekarni" sahibi özbaşına qiymət dəyişikliyi edə bilməz. Çox gözəl. Mən də istəyərəm ki, vətəndaşlar əsas qida məhsulu olan çörəyi rahatlıqla, ucuz qiymətə ala bilsinlər. Amma əgər, əhalini düşünürlərsə, onda qazın qiymətini qaldırmasınlar".

Cavid Qurbanov, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəmiryolu nəqliyyatında da qiymətlər qalxır

"Hamı yaxşı bilir ki, çörək qazla bişir. Bəs bu qədər qazdan istifadə edən sexlər çörəyi necə ucuzuna satsın? Onda belə çıxır ki, "pekarni"lərin çoxu ya obyektin ağzına qıfıl vuracaq, ya da çörəyin həcmini daha da kiçildəcək", — çörəkçi bildirib.

Paytaxt sakini Talıb Əmiraslanov da, Sputnik-ə ünvanlandığı məktubda yeni tariflərdən narazılığını ifadə edib: "Mən inanmaq istərdim ki, dövlətimiz qaz və işığın qiymətini qaldırandan sonra maaşlara və pensiyalara da əl gəzdirəcək. Mən buna çox inanmaq istərdim. Əməkhaqları və təqaüdlərin 5-10 manat deyil, bahalaşmaya uyğun artırılmasını istəyirik".

Xəbər lenti
0