BAKI, 29 noy — Sputnik. Parlamentin növbəti plenar iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanuna dəyişikliyə baxılıb. Sputnik xəbər verir ki, dəyişikliyə görə, transplantasiya barədə reklam, yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.
Mövcud varinatda deyilirdi ki, transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbu orqanlarında yol verilir. Dəyişiklik "Reklam haqqında" Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.