Milli Məclisin plenar iclası keçirilir

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 37 məsələ daxil edilib

BAKI, 29 noy — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 37 məsələ daxil edilib.

İlk olaraq "Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında" Sazişin, "Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Ziyafət Əsgərov - Milli Məclis sədrinin I müavini - Sputnik Azərbaycan
TƏHLİL
"Yaxın gələcəkdə Milli Məclis buraxılmayacaq"

İclasda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Tütün və tütün məmulatı haqqında", "Bələdiyyələrin statusu haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Poçt haqqında", "Çayçılıq haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Dərman vasitələri haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında", "Əmək" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Notariat haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda, "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda, "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklərə baxılacaq.

"Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Turizm haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlarda, İnzibati Xətalar, Cinayət-Prosessual, Vergi və Cinayət Məcəllələrində dəyişikliklərə baxılacaq.

İclasda "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Xəbər lenti
0