BAKI, 29 noy – Sputnik. “İŞİD-ə qarşı mübarizədə bizə yardım etdiyinə görə ABŞ-a İraq nefti ilə ödəniş edilməyəcək”.
Sputnik xəbər verir ki, bu barədə İraqın Baş naziri Haydar əl-İbadi bildirib.
O, Birləşmiş Ştatların yeni seçilən prezidenti Donald Trampdan İŞİD-ə qarşı mübarizə aparmaq üçün silah dəstəyinin artırılmasını gözlədiklərini deyib.
Xatırladaq ki, Donald Tramp prezident seçkisi kampaniyası zamanı Amerikanın İŞİD-ə qarşı mübarizədə İraqa yardımının əvəzini rəsmi Bağdadın neftlə ödəyəcəyini demişdi.