BAKI, 29 noy — Sputnik. 1990-cı il noyabrın 29-da prezident Ayaz Mütəllibov Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verib.
1991-ci ilin 5 fevralında yeni seçilmiş (sentyabr-oktyabr 1990) Azərbaycan Ali Sovetinin ilk iclasında bununla bağlı xüsusi qanunlar qəbul olundu.
Xatırladaq ki, üçrəngli bayraq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağıdır.