İsrail prezidenti azan səsi ilə bağlı Ərdoğanla eyni düşündüyünü deyib

© AFP 2024 / JOHN THYS İsrail prezidenti Reuven Rivlin, arxiv şəkli
İsrail prezidenti Reuven Rivlin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan, qanun qəbul edilərsə bunun ciddi problemlərə səbəb ola biləcəyini və insan haqlarına zərbə kimi dəyərləndirib.

BAKI, 29 noy – Sputnik. “Mən azan səsinin mikrofonla verilməsini qadağan edən qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasına qarşıyam”. 

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu İsrail prezidenti Reuven Rivlin Qərbi Qüdsdəki ofisində müsəlmanlarla görüşü zamanı bildirib.

Rivlinin sözlərinə görə, belə qadağanın tətbiq edilməsinə ehtiyac yoxdur. “İsrail ibadət azadlığına hörmət edən, etnik azlıqların din azadlığı prinsipinə sadiq bir ölkədir", — deyə prezident bildirib.

Xatırladaq ki, İsrail parlamenti Knessetə “Gurultuya səbəb olur” iddiası ilə məscidlərdən azanın səsgücləndirici vasitə ilə yayılmasının qadağan olunması haqqında qanun layihəsi təqdim edilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İsrail Prezidenti Reuven Rivlin ilə telefonda danışarkən bu məsələyə də toxunub. Ərdoğan, qanun qəbul edilərsə bunun ciddi problemlərə səbəb ola biləcəyini və insan haqlarına zərbə kimi dəyərləndirib.

Xəbər lenti
0