Qalib Toğrul: Bizdə kiçik və orta sahibkarlığın payı əhəmiyyətsiz bir hissə təşkil edir

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert: Kreditlərin verilməsi ilə bağlı müəyyən neqativ amillər də olub

Qalib Toğrul: Yaxın müddətdə biz yeniliklərin şahidi olacağıq
Təkcə bu ilin ilk 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1815 sahibkara 120 milyon manatdan artıq güzəştli kredit verilib. Ümumilikdə fəaliyyətə başladığı vaxtdan bugünə qədər Fond 32 300-ə yaxın sahibkara 1.9 mlrd. manata qədər güzəştli kredit verib. İqtisadçı-ekspert Qalib Toğrul deyir ki, bu kreditlərin verilməsi ilə bağlı müəyyən neqativ amillər də olub: “Amma hər-halda o qədər kredit veriblərsə, yəqin ki, ölkə iqtisadiyyatına xeyiri olub. Bu kreditlərin əksəriyyəti əsasən böyük sahibkarlıq subyektlərinə verilib, kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin məbləği isə azdır”.

Ekspert bildirib ki, bütün dünyada mikro, kiçik və orta sahibkarlığın ÜDM-un formalaşmasında və ixracda payı yüksəkdir, amma bizdə onların payı əhəmiyyətsiz bir hissə təşkil edir. “Çox yaxşı olardı ki, Sahibkarlığa Kömək Milli Fondu xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinə kreditlərin verilməsi ilə bağlı daha çox diqqət yönəldərdi və onlara kreditlərin verilməsi şərtlərini sadələşdirərdi. Çox güman ki, yaxın müddətdə biz o sistemdə yeniliklərin şahidi olacağıq”, — deyə o bildirib.

Xəbər lenti
0