Payız… Ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir bu fəsil. Tanrının bəxş etdiyi bütün rəng çalarlarını payız fəslində görmək olar. Yarpaqların xışıltısını duymaq, üstəlik yağışın da yağması insanı sanki yenidən doğulmuş kimi edir. Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir.
Bu fəsil rəssamın belə çəkə bilmədiyi tablodur. Çoxu düşünür ki, payız ayrılıq fəslidir. Lakin yox, payiz sevgi, romantika fəslidir, yayı qışdan ayıran bir vəsilədir.